Bank Of Baku

Rusiya XİN: İsrail Şərqi Qüdsdə tikintiləri dayandırmalıdır

Rusiya XİN: İsrail Şərqi Qüdsdə tikintiləri dayandırmalıdır
# 14 iyul 2010 20:38 (UTC +04:00)
Bakı-APA. Rusiya İsrail hökumətini Yaxın Şərq nizamlanmasına xələl gətirə biləcək addımlardan çəkinməyə çağırıb. Bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Andrey Nesterenko məlumat verib.

Rusiya xarici siyasət idarəsinin fikrincə, İsrail Şərqi Qüdsdə binaların sökülməsi barədə birtərəfli qərarlardan çəkinməlidir.

«Şərqi Qüdsdə yeni tikinti və ərəb evlərinin sökülməsi planları barədə məlumatları ciddi narahatlıqla qarşılayırıq», deyə Nesterenko bəyan edib.

«İsrail tərəfini dünya ictimaiyyətinin bu məsələlərdə yekdil mövqeyinə uyğun olaraq, Qüds probleminin xüsusi həssaslığını nəzərə alaraq təmkinə çağırırıq», deyə o əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR