Bank Of Baku

Başqırdıstan parlamenti prezident Mürtəza Rəhimova veriləcək qarantiyalar barədə qanun qəbul edib

Başqırdıstan parlamenti prezident Mürtəza Rəhimova veriləcək qarantiyalar barədə qanun qəbul edib
# 15 iyul 2010 07:39 (UTC +04:00)
APA-nın məlumatına görə, qanunda söhbət respublikanın sabiq rəhbərinin pensiya təminatı, mühafizəsi, sosial güzəştləri və toxunulmazlığından gedir. Qanunun detalları açıqlanmır. Parlamentin iclasında prezident Mürtaza Rəhimovun istefa qərarını açıqlayacağı gözlənilsə də, o ümumiyyətlə iclasa gəlməyib. Xatırladaq ki, Rəhimov Başqırdıstana 1993-cü ildən rəhbərlik edir. Bu müddət ərzində dəfələrlə federal hakimiyyətin ünvanına tənqidlər səsləndirməsinə rəğmən hakimiyyətini qoruyub saxlamağı bacaran Rəhimovun prezident səlahiyyətlərinin müddəti 2011-ci ildə bitir. İki gün əvvəl çıxış edən Mürtəza Rəhimov istefa verəcəyini bildirib. Daha sonra o Başqırdıstana yeni rəhbərin təyin edilməsi üçün federal hakimiyyətlə məsləhətləşmələrə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR