Bank Of Baku

Gürcüstanda leysan yağışlar fəsadlar törədib

Gürcüstanda leysan yağışlar fəsadlar törədib
# 15 iyul 2010 23:31 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. İyulun 15-də Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan sərhədyanı kəndləri olan Sadaxlı, Mameyi, Dəmyə Gorarxı və Yuxarı Saralda bir saata qədər güclü leysan yağış yağıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, xoşbəxtlikdən dolu düşməyib, güclü külək qara buludları uzaqlara qovub. Analoji hadisə Gürcüstanın Saqareco rayonunda baş verib. Burada da bir saata qədər yağan güclü yağışlar nəticəsində Siplisxevi çayı öz məcrasından çıxaraq rayonun daxili yollarını lil ilə doldurub, yaşayış evlərinin birinci mərtəbəsinə sel suları dolub. Leysan yağışlar ev quşlarını məhv edib. Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün xüsusi komissiya yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR