Bank Of Baku

Ketrin Eşton: “Avropa Birliyi Gürcüstanın demokratik yol ilə inkişafı üçün qüvvəsini əsirgəməyəcək”

Ketrin Eşton: “Avropa Birliyi Gürcüstanın demokratik yol ilə inkişafı üçün qüvvəsini əsirgəməyəcək”
# 16 iyul 2010 00:44 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Avropa Birliyi (AB) Gürcüstanın demokratik yol ilə inkişafı üçün qüvvəsini əsirgəməyəcək. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, bu barədə Avropa komissiyasının vitse-prezidenti Ketrin Eşton Batumidə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə keçirdiyi rəsmi görüşdən sonra təşkil olunan brifinqdə deyib. Onun sözlərinə görə, Gürcüstanın böyük gələcəyi və yüksək potensiyalı var. “Mən buraya assosiyasiya sazişi barədə danışıqlar aparmaq üçün gəlmişəm. Bildirmək istəyirəm ki, Avropa Birliyi Qafqaz regionuna, xüsusi ilə Gürcüstana həmişə sadiqdir. Biz sizin ölkənizin Şərq tərəfdaşlığı kursunu yüksək qiymətləndiririk.”
Ketrin Eştonun sözlərinə görə, Avropa Birliyi Qafqazla əlaqələri dərinləşdirmək üçün cəhd göstərir, çünki bu region tez inkişaf edir. “Biz belə bir danışıqları Ermənistan və Azərbaycanla aparacağıq. İnanıram ki, Gürcüstan və Avropa Birliyi qarşılıqlı əməkdaşlığı dərinləşdirməyi bacaracaqlar. Avropa Birliyi Gürcüstana demokratik inkişafda kömək göstərəcək,-” Ketrin Eşton qeyd edib.
Avrokomissiya vitse-prezidentinin sözlərinə görə, AB Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və Abxaziya və Cənubi Osetiyanı müstəqilliyini tanımır. AB həmişə Rusiyanı atəşgah barədə razılaşma haqqında götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır. “Biz münaqişəni sülh yolu ilə həll etməyin tərəfdarıyıq. Buna görə də biz Gürcüstanın işğal edilmiş ərazilər barədə strategiyasını alqışlayırıq. Bu problemi həll etmək üçün Avropanın daha çox əlaqələri var,-” Eşton bildirib.
Avropa komissiyasının vitse-prezidenti Ketrin Eşton ümidvar olduğunu bildirib ki, Gürcüstan da Avropa Birliyini etibarlı tərəfdaş sayır
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR