Bank Of Baku

Başqırdıstan prezidenti postuna namizədlərin adları açıqlanıb

Başqırdıstan prezidenti postuna namizədlərin adları açıqlanıb
# 16 iyul 2010 09:40 (UTC +04:00)
Moskva-APA. Başqırdıstan prezidenti postuna dörd namizədin adı təsdiqlənmək üçün Rusiya prezidenti Dmitri Medvedyevə təqdim olunacaq. APA-nın məlumatına görə, Dövlət Dumasının spikeri Boris Qrızlov namizədlərin adlarını açıqlayıb. Bunlar senator Rudik İskujin, Ufa şəhər administrasiyasının rəhbəri Pavel Kaçkayev, Başqırdıstan Milli Bankının sədri Rüstəm Mərdanov və prezidentin səlahiyyətlərini icra edən Rüstəm Xamitovdur. Prezident Mürtəza Rəhimovun vaxtından əvvəl istefa verəcəyi dünən Rusiya dövlət başçısı ilə görüşdən sonra dəqiqləşib. Başqırdıstan parlamenti sabiq prezidentə veriləcək qarantiyalarla bağlı dünən qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR