Bank Of Baku

Qaraçay-Çərkəz xüsusi xidmət orqanları yaraqlıların bazasını aşkar ediblər

Qaraçay-Çərkəz xüsusi xidmət orqanları yaraqlıların bazasını aşkar ediblər
# 17 iyul 2010 00:47 (UTC +04:00)
Bakı-APA. Rusiyanın Qaraçay-Çərkəz Respublikasında DİN terrorçuluqla mübarizə mərkəzinin və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları İndış bataqlığı yaxınlığında meşədə yaraqlıların bazasını aşkar ediblər.

«Bazaya baxış zamanı tüfənglər, patronlar, qumbaralar və digər sursat aşkar edilib», deyə respublika DİN-in məlumatında bildirilir.

DİN mətbuat xidmətinin məlumatına görə, bu bazada əvvəllər 2009-cu ilin noyabrında məhv edilmiş Ruslan Xubiyevin başçılıq etdiyi silahlı dəstənin üzvləri gizləniblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR