Bank Of Baku

Rusiya Federal Təhlükəsizlik Xidmətinin zabitinin avtomobili partladılıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin zabitinin avtomobili partladılıb
# 17 iyul 2010 08:45 (UTC +04:00)
Bakı - APA. Rusiyanın Kabardin-Balkar Respublikasının Urvansk rayonunda “VAZ-2110” markalı avtomobil partladılıb.

APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, partlayış nəticəsində Rusiya Federal Təhlükəsizlik Xidmətinin yerli idarəsinin əməkdaşı və onun iki uşağı yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zabitin həyatını xilas etmək mümkün olayıb.

Bəzi məlumatlara görə, partlayış zamanı ölən hərbçi FTX-nin podpolkovnik rütbəli zabitidir. Hadisə yerinin yaxınlığında olan iki qadın isə yüngül xəsarət alıb.

Əldəqayırma partlayıcı qurğu 500 kq trotilə bərabər olub. Hadisə yerində istintaq qrupu işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR