Bank Of Baku

Rusiyanın Şimali Qafqaz respublikalarının prezidentləri bu addan imtina etmək istəyir

Rusiyanın Şimali Qafqaz respublikalarının prezidentləri bu addan imtina etmək istəyir
# 13 avqust 2010 15:50 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarının prezidentləri Dövlət Dumasına müraciət edərək vəzifələrinin adının dəyişdirilməsini istəyəcəklər. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Çeçenistan prezidenti Ramzan Kadırov bu ideyanı İnquşetiya prezidenti Yunusbek Yevkurov, Dağıstan prezidenti Maqomedsalam Maqomedov və Kabardin-Balkarın prezidenti Arsen Kanokovla müzakirə edib və onların dəstəyini alıb. Daha əvvəl Qaraçay-Çərkəz Respublikasının prezidenti Boris Ebzeyev də ideyaya dəstək verib. Şimali Osetiyada isə prezident vəzifəsi 2005-ci ildə “respublikanın başçısı” adlandırılıb.

R. Kadırov bildirib ki, yalnız Rusiya prezidenti bu adı daşımalıdır. Rusiya Federasiya Şurasının sədr müavini Aleksandr Torşin də R. Kadırovun ideyasını dəstəkləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR