Bank Of Baku

İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin rektoru Georgi Xubua istefa verib

İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin rektoru Georgi Xubua istefa verib
# 13 avqust 2010 20:14 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin rektoru Georgi Xubua istefa verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün universitetdə akademik şuranın iclası olub. İclasın başlanmasına qədər gündəlik məsələ barədə məlumat verilməyib. Lakin mətbuatda gedən yazılarda bildirilirdi ki, TDU-nun rektoru öz vəzifəsindən istefaya getməyə hazırlaşır.

Xatırladaq ki, TDU-da son günlər qiymətli kitabların oğurluğu ilə əlaqədar məlumatlar dərc olunurdu. Son günlər TDU-da maliyyə pozuntuları aşkar olunub və universitetin kitabxanasından onlarla cilddə qiymətli kitablar yoxa çıxıb.

Bu gün Tiflis Baş Polis İdarəsi əməkdaşlarının istintaq tədbirləri nəticəsində İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin (TDU) kitabxanasından qiymətli kitabların oğurlanmasında şübhəli bilinən şəxslər saxlanılıb. Oğurluqda şübhəli bilinərək saxlanılan şəxslər arasında TDU kitabxanasının direktoru da var.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, kitabxananın direktoru Tamar Nemsidveridzenin və kitabxananın keçmiş komendantı Tamaz Nikolaeişvilinin mənzillərindən kitabxananın ştampı vurulan 92 cilddə kitab tapılıb və adı çəkilən şəxslər şübhəli şəxs qismində saxlanılıb.

Bütün bunlardan sonra G.Xubua bu gün akademik Şuranın iclasına onun istefasını qəbul etmək barədə müraciət edib. Məlumata görə, istefa yekdilliklə qəbul edilib.

İclasdan sonra G. Xubua jurnalistlərə açıqlama vermədən tələsik universiteti tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR