Bank Of Baku

Qoriyə səfər edən keçmiş spiker Nino Burcanadzeni qaçqınlar daşa basıblar

Qoriyə səfər edən keçmiş spiker Nino Burcanadzeni qaçqınlar daşa basıblar
# 13 avqust 2010 23:21 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Demokratik hərəkat-Vahid Gürcüstan” partiyasının lideri Nino Burcanadzeni avqustun 12-də qaçqınlar daşa basıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, insident barədə məlumatı keçmiş spikerin özü verib. Nino Burcanadze “Trialeti” televiziyasında canlı efirdə çıxış edərkən bu barədə bildirib. Burcanadzenin sözlərinə görə, həmin gün Qori rayonunun qaçqınlar düşərgəsi olan Xurvaletidə müvəqqəti məskunlaşan qaçqınlarla görüşmək istəyərkən qaçqınlar onu çox aqressiv qarşılayıblar. Keçmiş spikerin Xurvaletiyə səfəri barədə heç bir KİV xəbər tutmayıb. Xurvaletidə N.Burcanadze ilə birlikdə onun partiyasının yeni üzvü, məşhur idmançı Luka Kurtanidze də olub. İdmançı insidentin baş verdiyini təsdiqləyib. Avqustun 12-də “Trialeti” televiziyası ilə çıxış edən N. Burcanadze iki saat televiziya ilə Avqust müharibəsi və hökumətin məsuliyyəti barədə danışıb. O, canlı efirdə müharibənin başlanmasında təkrarən Mixail Saakaşvili hakimiyyətini günahlandırıb. Canlı efirdə Burcanadzeyə 15 tamaşaçı zəngi olub. Tamaşaçılar keçmiş parlament spikerini Rusiya baş naziri Vladimir Putinlə görüşdüyü üçün vətən xaini adlandırıblar. Hər zəngdən sonra açıqlama verən Nino Burcanadze zəng edən tamaşaçıların Vano Merabişvili tərəfindən təşkil olunduğunu bildirib. Canlı efirdə çıxış edən Burcanadze Xurvaleti aksiyasını Qori şəhər sovetinin üzvü Rezo Kaxniaşvili və parlament bürosunun majoritar deputatı Badri Basişvilinin təşkil etdiyini deyib. Efirə gələn zənglərdən hiddətlənən N.Burcanadze gec-tez hakimiyyət başına mütləq gələcəyini və kimlərisə cəzalandıracağını bildirib. Keçmiş spiker qeyd edib ki, o, yenə qaçqınların yaşadığı Xurvaletiyə gələcək. O, qeyd edib ki, Gürcüstanın ərazi bütövlüyünü təmin etdikdən sonra qaçqınları öz dədə-baba yurdlarına qaytaracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR