Bank Of Baku

Tbilisidə faciə ilə nəticələnən yol-qəza hadisəsi baş verib

Tbilisidə faciə ilə nəticələnən yol-qəza hadisəsi baş verib
# 15 avqust 2010 02:11 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Tbilisinin Sereteli prospektində ağır yol-qəza hadisəsi baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə hadisə faciə ilə nəticələnib. Qəza zamanı 22 yaşlı hamilə qadın və onun 7 aylıq oğlu maşınla vurulub. Nəticədə hamilə qadın Keti Zarandiya və onun oğlu İlya Quliya həlak olublar. Qadının ikinci oğlu isə təcili Tbilisi şəhərindəki İyaşvili adına klinikaya çatdırılıb. Həkimlər onu müayinədən keçirəndən sonra bildiriblər ki, onun həyatı üçün heç bir təhlükə yoxdur.
Maşının sahibi isə hadisə yerindən qaçıb. Hazırda axtarış aparılır. İstintaq başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR