Bank Of Baku

Gürcüstan paytaxtında küçə ticarətçiləri etiraz aksiyası keçiriblər

Gürcüstan paytaxtında küçə ticarətçiləri etiraz aksiyası keçiriblər
# 16 avqust 2010 15:00 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflis şəhər merliyinin qarşısında küçə ticarətçilərinin etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, analoji aksiyalar bir neçə gündür Tiflisin rəsmi dövlət idarələrinin qarşısında davam etdirilir. Aksiya iştirakçıları şəhərdə insanların çox olduğu yerlərdə ticarətlə məşğul olmaq istəyirlər. Bu gün aksiya iştirakçıları öz tələblərini yazılı şəkildə Tiflis şəhər merinə təqdim ediblər. Küçə ticarətçilərinin sözlərinə görə, dünyanın bütün ölkələrində küçə ticarətinə icazə verilib. ”Bunun üçün bələdiyyələr xüsusi yer də ayırıblar.”

Mühafizəkarlar Partiyasının liderlərindən Laşa Çxartaşvili jurnalistlərə açıqlamasında bildirib ki, küçə ticarəti şəhər həyatına xarakterik olan bir cizgidir: “Onu yaxşı və gözəl təşkil etmək olar. Ticarətçilərlə birgə küçə ticarətinin təşkili barədə təkliflər paketi hazırlanıb. Bu, normativ aktlara cavab verir və küçə ticarətini tənzimləyəcək. Həmin təkliflər müzakirə olunmaq üçün şəhər merinə verilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR