Bank Of Baku

Yuşşenkonun partiyası Ukraynada konstitusion çevriliş təhlükəsinin mövcudluğu barədə xəbərdarlıq edib

Yuşşenkonun partiyası Ukraynada konstitusion çevriliş təhlükəsinin mövcudluğu barədə xəbərdarlıq edib
# 16 avqust 2010 16:22 (UTC +04:00)
Bakı - APA. Sabiq prezident Viktor Yuşşenkonun başçılıq etdiyi “Bizim Ukrayna” partiyası ölkədə konstitusion çevriliş təhlükəsinin mövcudluğu barədə xəbərdarlıqla çıxış edib.

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, partiyanın yaydığı bəyanatda bildirilir ki, 2004-cü ildə həyata keçirilmiş siyasi islahatın ləğvi “cəzasız qalmayacaq kobud cinayət” olacaq.

Qeyd edək ki, 2004-cü ildə həyata keçirilmiş islahat nəticəsində Ukrayna 2006-cı ildən etibarən prezident-parlament respublikasından parlament-prezident respublikasına çevrilib. Başqa sözlə, prezidentin səlahiyyətləri parlamentin xeyrinə məhdudlaşdırılıb. Hazırda Ukrayna Ali Radasının bir qrup deputatı Konstitusiya Məhkəməsinə müraciət edərək, sözügedən islahatın təsdiq edilməsi prosedurunun qanuniliyinə qiymət verməyi xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR