Bank Of Baku

Moldova prezidenti vəzifəsini icra edən Mixay Qimpu Gürcüstanda səfərdədir

Moldova prezidenti vəzifəsini icra edən Mixay Qimpu Gürcüstanda səfərdədir
# 16 avqust 2010 19:58 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Moldova prezidenti vəzifəsini icra edən Mixay Qimpu Gürcüstana ikigünlük səfərə gəlib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Mixay Qimpu Gürcüstan prezidenti Mixail Saakaşvili ilə birlikdə Anakliya vətənpərvərlər düşərgəsində dincələn belorus, moldavan və gürcü uşaqları ilə görüşüblər. Mixay Qimpu gürcü xalqına və Gürcüstan prezidentinə təbii fəlakət nəticəsində zərər çəkən uşaqlara Anakliyada dincəlmək üçün şərait yaratdıqlarına görə, təşəkkürünü bildirib. “Burada həmişə dostluğun qədrini bilən adamlar yaşayıb. Siz ölkələrinizin gələcək liderlərisiniz, ona görə də dostluğun nə olduğunu bilməlisiniz. Torpaq çoxdur, hamıya çatacaq. Əfsuslar olsun ki, elə ölkələr var ki, çoxlu torpaqları var, lakin onlar özgə torpaqlarını zəbt edirlər. Siz bunları təkrar etməməlisiniz. Bilməlisiniz ki, azadlıq ən böyük səadətdir”, deyə Moldova prezidenti vəzifəsini icra edən Mixay Qimpu Anakliya vətənpərvərlər düşərgəsində dincələn uşaqlar qarşısında çıxış edərkən deyib.

Gürcüstan prezidenti öz çıxışında keçmiş sovet respublikaları arasında əlaqələrin və dostluğun daha da dərinləşməsinin vacibliyini vurğulayıb: “Dünya böyükdür, insanlar özlərinə yeni dostlar tapırlar. Amma köhnə dostlar heç vaxt unudulmur.”

Bu gün Moldova prezidenti vəzifəsini icra edən Mixay Qimpu Gürcüstan prezidenti Mixail Saakaşvili ilə təkbətək görüşəcək və axşam saatlarında - 21.00-da Batumi bulvarında onlar birlikdə məşhur britaniyalı müğənni Kris de Burqun konsertində iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR