Bank Of Baku

ATƏT-in Astana sammitinə 56 ölkə başçısı qatılacaq

ATƏT-in Astana sammitinə 56 ölkə başçısı qatılacaq
# 17 avqust 2010 07:58 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Qazaxıstan prezidenti Nursultan Nazarbayev dekabrın 1-2-də Astanada keçiriləcək ATƏT sammitinə hazırlıqla bağlı müşavirə keçirib. APA-nın Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sammitdə 56 ölkə başçısı, 65 beynəlxalq təşkilatın nümayəndə heyətləri, çoxsaylı media təmsilçiləri – ümumilikdə bir neçə min qonağın iştirakı gözlənilir.

N. Nazarbayev deyib ki, bu tarixi görüşü ən yüksək səviyyədə hazırlamaq və dolğun səviyyədə keçirmək üçün çox ciddi iş görülməlidir: “Sammiti yüksək səviyyədə keçirmək, ölkəni tanıtmaq və gənc paytaxtda bu cür forumlar keçirmək imkanını nümayiş etdirmək bizim üçün böyük şərəf və məsuliyyətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR