Bank Of Baku

Qazaxıstan Xəzərdə müasir texniki müşahidə sistemlərindən istifadə edir

Qazaxıstan Xəzərdə müasir texniki müşahidə sistemlərindən istifadə edir
# 17 avqust 2010 09:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Qazaxıstan Xəzər dənizi akvatoriyasının mühafizəsində müasir texniki müşahidə sistemləri tətbiq edir. APA-nın məlumatına görə, bunu “Krasnaya Zvezda” qəzetinə müsahibəsində Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının direktoru, general-mayor Bulat Kırqizbayev deyib. O bildirib ki, akvatoriyaya avtomatik radiolokasiya nəzarət sistemi ilə nəzarət olunur. Bunun üçün sərhəddə hədəfləri real vaxt rejimində tanıyan və identifikasiya edən, məlumatları sahil postlarına, təyyarə və vertolyot ekipajlarına, sərhəd gəmiləri və katerlərinə ötürən texniki müşahidə postları quraşdırılıb.

B. Kırqizbayev konkret hansı dövlətə məxsus olduğunu açıqlamadan cari ildə sərhədçilər tərəfindən Xəzərin Qazaxıstan hissəsində 49 üzən vasitə saxlanıldığını və onlardan ümumilikdə 32 ton balıq, 246 kq balıqçı alətləri götürüldüyünü açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR