Bank Of Baku

İvane Cavaxişvili adına TDU-da rektor vəzifəsini professor Nuqsar Surquladze icra edəcək

İvane Cavaxişvili adına TDU-da rektor vəzifəsini professor Nuqsar Surquladze icra edəcək
# 18 avqust 2010 01:33 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin akademik şurası bu elm ocağının hüquq fakültəsinin professoru Nuqzar Surquladzeni universitetin rektor vəzifəsini icra edən (icraçı rektor) seçib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, şuranın qərarını ona şura üzvü Georgi Davitaşvili bildirib. Davitaşvili jurnalistlərlə söhbət zamanı bildirib ki, Nuqsar Surquladzenin namizədliyini şuranın çox üzvləri dəstəkləyib.
Rektor vəzifəsini icra edən Nuqsar Surquladze jurnalistlərə açıqlamasında bildirib ki, akademik şuranın onu bu vəzifəyə seçməsi onun üçün gözlənilməz olub. “Mən ən başlıcası, çalışacağam ki, rektor seçkisini yüksək səviyyədə təşkil edim. Daha sonra Surquladze bildirib ki, artıq universitetin akademik şurasının da fəaliyyət müddəti başa çatmaq üzrədir. Mən şura üzvlərinin seçkisini də təşkil etməliyəm.”
Xatırladaq ki, universitetin keçmiş rektoru Georgi Xubua akademik şuraya istefa haqqında ərizə ilə müraciət etmişdi. Şura üzvləri onun istefasına yekdilliklə səs vermişdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR