Bank Of Baku

Latviya ətraf mühiti mühafizə naziri Gürcüstana rəsmi səfərə gəlib

Latviya ətraf mühiti mühafizə naziri Gürcüstana rəsmi səfərə gəlib
# 18 avqust 2010 03:29 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Latviya ətraf mühiti mühafizə naziri Raymonds Veconis Gürcüstana rəsmi səfərə gəlib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, həmin gün o, gürcü həmkarı Qoqa Xaçidze ilə görüşüb. Rəsmi qonağın səfərdə məqsədi Gürcüstanın təbii resursları ilə və bu sahədə çıxarılan qanunlarla tanış olmaq və Avropa investisiyasını təbii resursların idarə edilməsinə cəlb etməkdir. Latviya meşə resursları ilə zəngin bir ölkədir. Görüşdə konkret razılaşma əsasında Gürcüstanın meşə resurslarının idarə edilməsi üçün yeni kadrların hazırlanması və Latviya həmkarlarının təcrübəsindən istifadə etmək barədə müqavilələr imzalanması nəzərdə tutulub. Səfər çərçivəsində Acariyada turizmin inkişaf etdirilməsi üçün Latviya nümayəndə heyətinə təkliflər irəli sürüləcək. Qonaqlar səfər müddətində Acariyanın Qara Dəniz sahili boyunca infrastrukturu və dəniz suyunun vəziyyəti ilə tanış olacaqlar.
Avqustun 19-da rəsmi səfər sona çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR