Bank Of Baku

Bu il Samsxe-Cavaxeti və Kvemo-Kartlidə 223 km yol bərpa olunacaq

Bu il Samsxe-Cavaxeti və Kvemo-Kartlidə 223 km yol bərpa olunacaq
# 18 avqust 2010 21:03 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. İsrail şirkəti Samsxe-Cavaxetidə avtomobil yollarının reabilitasiyasını həyata keçirə bilmir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yolların reabilitasiyasında əsas iştirakçılardan biri olan İsrailin “Aştrom İnterneşnl” adlı şirkəti layihənin davam etdirilməsini dayandırmaq istəyir. Məlumata görə, “Aştrom” götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. Layihənin rəhbərləri bildiriblər ki, İsrail şirkəti gördüyü işi vaxtında başa çatdırmır, ona görə də bu şirkəti elə bir şirkət əvəz edəcək ki, işi sürətlə görsün.

Samsxe-Cavaxetidə avtomobil yollarının reabilitasiyasını həyata keçirmək üçün qəbul edilən layihənin maliyyə dəyəri 203 milyon dollardır. Layihəyə görə, ermənilərin kompakt yaşadığı Samsxe-Cavaxeti və azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartlidə bölgələrində 223 km yol bərpa olunmalıdır. Bu işi tenderdə qalib gələn İsrailin “Aştrom İnterneşnl”, “Papenburq Blek-si qrup” adlı Almaniya-Gürcüstan şikəti, eyni zamanda iki Azərbaycan şirkəti həyata keçirir.

Layihə 2008-ci ilin yazında həyata keçirilməyə başlayıb və bu ilin sonunda başa çatmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR