Bank Of Baku

Gürcüstana daxil olarkən yollardan istifadə üçün avtomobil sürücüləri gömrükdə 200 lari ödəyəcəklər

Gürcüstana daxil olarkən yollardan istifadə üçün avtomobil sürücüləri gömrükdə 200 lari ödəyəcəklər
# 18 avqust 2010 21:56 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda yollardan istifadə üçün 200 lari ödənməlidir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan hökuməti yeni qərar qəbul edib. Qərara görə, artıq bu işi həyata keçirmək üçün hüquqi şəxslərdən ibarət gəlirlər xidməti fəaliyyətə başlayıb. Qərarda məbləğin necə ödənilməsi prosedurası da göstərilib. Gürcüstan ərazisinə gömrük nəzarəti altında keçən zaman yük daşıma avtomobil nəqliyyatının sürücüləri (bəzi avtomobilləri çıxmaq şərti ilə) 200 lari ödəməlidirlər. Əraziyə daxil olarkən vergi xidməti əməkdaşı avtomobil nəqliyyatı sürücüsünə yazılı şəkildə xəbərdarlıq edir ki, yollardan istifadə üçün müəyyən edilən məbləğ ödənilməlidir. Əgər həmin məbləğ ödənilməzsə, sürücülər cərimələnəcəklər.

Gürcüstan hökuməti yollardan istifadə edərkən ödənilən bu məbləği yolların saz saxlanılmasına istifadə olunacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR