Bank Of Baku

Avqustun 18-də Gürcüstanın turizm və kurortlar departamentinin rəhbəri 26 yaşlı Maya Sidamonidze öz vəzifəsini icra etməyə başlayıb

Avqustun 18-də Gürcüstanın turizm və kurortlar departamentinin rəhbəri 26 yaşlı Maya Sidamonidze öz vəzifəsini icra etməyə başlayıb
# 18 avqust 2010 23:36 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Avqustun 18-də Gürcüstan paytaxtındakı Turizm İnformasiya Mərkəzində Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Vera Kobaliya turizm və kurortlar departamentinin rəhbəri Maya Sidamonidzeni departament əməkdaşlarına təqdim edib. 26 yaşlı Maya Sidamonidze bu vəzifəyə 109 namizədin iştirak etdiyi müsabiqədə seçilib. O, turizm sahəsində təhsil alıb. İsveçdə bakalavr, Böyük Britaniyada magistratura kurslarını keçib. Onun turizm sahəsində Gürcüstanda və xaricdə zəngin təcrübəsi var. Maya Sidamonidze ingilis, alman, fransız və ispan dillərini bilir.
Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Vera Kobaliyanın dediyinə görə, müsabiqədə Mayanın təqdim etdiyi layihə turizmin inkişafı üçün ən yaxşı layihə hesab olunub. “Bu kiçik büdcəsi olan və bütün detalları aydın olan, eyni zamanda daxildə və xaricdə turizmin inkişafın populyarlaşdıran bir layihədir.” Nazirin sözlərinə görə, bu layihə nəinki turizm sahəsində, eyni zamanda digər sahələrdə də yeni iş yerlərinin açılmasına kömək edəcək. Bu layihə kənd təsərrüfatı sahəsində də özünü göstərəcək. Çünki ölkəyə gələn hər bir turist yeni sərmayə qoyan şəxs hesab olunur”, - Vera Kobaliya qeyd edib.
Maya Sidamonidze çıxışında bildirib ki, onun planı ölkənin daxilində turizmi inkişaf etdirmək, xarici turistlərin sayını artırmaq, kiçik və orta biznesi inkişaf etdirmək, turizm xidmətini yaxşılaşdırmaq, xidmət əməkdaşlarının peşəkarlığını artırmaq, turizm infrastrukturunu inkişaf etdirmək və fərdi sektorla əməkdaşlığı genişləndirməkdir”.
Gürcüstanın turizm və kurortlar departamentinin rəhbəri Maya Sidamonidze jurnalistlərə açıqlamasında bildirib ki, 2010-cu ildə Gürcüstana bir milyondan artıq turist gəlib. “Bu müstəqil Gürcüstanın tarixində ən rekord göstəricidir. Biz kifayət qədər intensiv işləsək və effektli addımlar atsaq, fikrimcə bu rəqəmi iki dəfə artıra bilərik.” M. Sidamonidze qeyd edib ki, onun Gürcüstanda turizmin inkişafı üçün yeni strategiyası var. Yeni turizm və kurortlar departamentinin rəhbəri bildirib ki, o, ölkədə turizmi MDB ölkələrinin, qonşu ölkələrin və “Gürcüstanı harada yaxşı tanıyırlarsa, onların hesabına aktivləşdirmək istəyir.”

Xatırladaq ki, əvvəl Gürcüstanın turizm və kurortlar departamentinə Zaal Abazadze rəhbərlik edirdi, lakin o, ölkə prezidenti Mixail Saakaşvilinin tənqidindən sonra vəzifəsindən azad edildi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR