Bank Of Baku

Acarıstanda Bakıdan istirahətə gələn Süleymanovlar ailəsi 500 mininci turist adını alaraq mükafata layiq görülüb

Acarıstanda Bakıdan istirahətə gələn Süleymanovlar ailəsi 500 mininci turist adını alaraq mükafata layiq görülüb
# 19 avqust 2010 00:29 (UTC +04:00)
Batumi. Nizami Məmmədzadə-APA. Acarıstan turizm departamentinin baş mükafatını Batumidə dincələn Süleymanovlar ailəsi əldə edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Bakıdan Batumiyə dincəlməyə gələn Süleymanovlar ailəsi bu il 500 mininci turist adı müəyyənləşdirilərkən mükafata layiq görülüb. Bu mükafata xaricdən gələn bir neçə ailə də sahib çıxmaq istəyib. Lakin yekunda lototron Süleymanovlar ailəsini seçib. Bu ailə gələn il Batuminin məşhur “Şeraton” mehmanxanasında istirahət etmək üçün baş mükafat-putyovkasını əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR