Bank Of Baku

Bu gün Rusiya prezidenti Ermənistana dövlət səfərinə gedəcək

Bu gün Rusiya prezidenti Ermənistana dövlət səfərinə gedəcək
# 19 avqust 2010 08:51 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Rusiya prezidenti Dmitri Medvedyevin Ermənistana səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq. APA-nın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat xidməti xəbər yayıb: “Rusiya ATƏT-in Minsk Qrupu, İrəvan və Bakı ilə ikitərəfli əlaqələr çərçivəsində nizamlanmanın əsas prinsiplərinin razılaşdırılmasına yönəlmiş vasitəçilik prosesində aktiv iştirak edir”.
Xatırladaq ki, Dmitri Medvedyevin bu gün Ermənistana dövlət səfəri başlayır. Sabah İrəvanda Rusiya və Ermənistan nümayəndə heyətlərinin iştirakı ilə iki dövlət başçısının görüşü keçiriləcək. Dmitri Medvedyev həmçinin avqustun 20-21-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı dövlət başçılarının qeyri-rəsmi sammitində də iştirak edəcək.
Rusiya prezidentinin Ermənistana səfəri zamanı bu ölkə ərazisində yeni nəsil atom enerji blokunun tikilməsinə dair hökumətlərarası saziş, Rusiya Hərbi-Texniki Əməkdaşlıq Xidməti ilə Ermənistan Müdafiə Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumu, həmçinin Gümrüdə yerləşən Rusiya hərbi bazasının dislokasiya müddətinin uzadılmasına dair protokol imzalanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR