Bank Of Baku

Əsgər Akayevin qızı atasına qarşı ittihamları gülünc adlandırıb

Əsgər Akayevin qızı atasına qarşı ittihamları gülünc adlandırıb
# 19 avqust 2010 09:01 (UTC +04:00)
Bişkek-APA. Qırğızıstanın sabiq prezidenti Əskər Akayavein qızı Bermet Akayeva müvəqqəti hökumətin onun atasına qarşı səsləndirdiyi ittihamları gülünc adlandırıb. APA-nın məlumatına görə, ötən həftə müvəqqəti hökumət Əskər Akayevin eks-prezident statusundan məhrum edilməsi və Rusiyadan ekstradisiyasına dair dekret imzalayıb. Bermet Akayev qeyri-legitim hökumət tərəfindən verilən bu dekretin qanunsuz olduğunu bildirib: “Ölkədə iki dəfə çevriliş həyata keçirən, prezident, hökumət və parlamentin səlahiyyətlərinin mənimsəyən şəxslərin atamı dövləti ələ keçirməkdə ittiham etməsi gülüncdür”. Hazırda Bişkekdə yaşayan Bermet Akayeva oktyabrda keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR