Bank Of Baku

Ermənistan taxıl almaq üçün İrana üz tutub

Ermənistan taxıl almaq üçün İrana üz tutub
# 19 avqust 2010 12:41 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Rusiya hökumətinin taxıl ixracını dayandırması Ermənistanı çətin vəziyyətdə qoyub. APA-nın İRİNN agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyada şiddətli istilər nəticəsində baş vermiş quraqlıq və 20% əkin sahələrinin yararsız hala düşməsi nəticəsində Ermənistana və digər ölkələrə taxıl ixracı dayandırılıb. Nəticədə Ermənistanda taxılın qiyməti qalxıb. Ermənistan hökuməti İrandan taxıl almaq üçün bu ölkəyə müraciət edib. Ermənilər dost və qardaş ölkə saydıqları İranın onları darda qoymayacağına inanırlar.
Hələlik İran tərəfi bu məsələ ilə bağlı hər hansı açıqlama verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR