Bank Of Baku

Rusiya Lex Kaçinskinin təyyarəsinin qəzaya uğramasına dair təhqiqat materiallarını Polşaya təhvil verib

Rusiya Lex Kaçinskinin təyyarəsinin qəzaya uğramasına dair təhqiqat materiallarını Polşaya təhvil verib
# 19 avqust 2010 13:47 (UTC +04:00)
APA-nın məlumatına görə, 11 cildən ibarət təhqiqat işinin materiallarının təhvil verilməsində Rusiya baş prokurorunun müavini Aleksandr Zyvaqintsev və Polşanın baş hərbi prokuroru Kşiştof Porulski də iştirak ediblər. Zvyaqintsev jurnalistlərə açıqlamasında bildirib ki, təyyarənin yerə düşən an mobil telefonla çəkilmiş görüntüləri də Polşa tərəfinə təhvil verilib: “Bu görüntülər təyyarənin qəzaya düşdüyü vaxtı dəqiqləşdirməyə imkan verir”.

Xatırladaq ki, Polşa prezidentinin təyyarəsi aprelin 10-da Smolensk yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 88 sərnişin və 8 ekipaj üzvü həlak olublar. Həlak olanlar arasında Polşa prezidenti Lex Kaçinski və onun xanımı, ölkənin ali siyasi və hərbi rəhbərliyi də olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR