Bank Of Baku

Gürcüstanda xərçəng xəstəliyinə aid tədbir keçirilib

Gürcüstanda xərçəng xəstəliyinə aid tədbir keçirilib
# 20 avqust 2010 00:27 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstanın paytaxtında Tbilisi Mariot mehmanxanasında xərçəng xəstəliyinə aid tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflisdə Con Snou Araşdırma İnstitutunun təşkilatçılığı ilə “Erkən yaşına çatan qadınlarda döş xəstəliyi və yumurtalıqlarda xərçəngin əmələ gəlməsi barədə informasiyasının təmin edilməsi”mövzusunda 2009-cu ilin yanvar ayından həyata keçirilən SURVİVE adlı layihənin sona çatması münasibəti ilə təqdimat mərasimi baş tutub. Tədbiri Con Snou Araşdırmalar İnstitutunun direktor müavini Kartlos Kankadze açaraq layihə ilə əlaqədar görülən işlər barədə qısaca məlumat verib. Sonra USAİD-in baş məsləhətçisi Tamara Serbiladze, Milli skrininq mərkəzinin direktoru Rem Kviriçava və Survive layihəsinin meneceri Nino Kakubava çıxış edərək bu layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat veriblər. Layihənin meneceri çıxışında bildirib ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə tədbiri ilə baş tutan bu layihəyə 20 QHT nümayəndəsi cəlb edilib və xərçəng xəstəliyinin başlanğıc mərhələdə üzə çıxması və erkən diaqnozu ilə əlaqədar araşdırma aparmaq üçün layihə çərçivəsində 400-dək ailə həkimi və ginekoloqlar hazırlanıb. Təqdimatda qeyd edilib ki, layihə çərçivəsində Gürcüstanda fəaliyyət göstərən skrininq mərkəzlərə texniki kömək göstərilib. Əhali arasında qadınlarda döş xəstəliyi və yumurtalıqlarda xərçəngin əmələ gəlməsi barədə informasiyanın təmin edilməsinə aid bir neçə tədbirlər kampaniyası keçirilib.
USAİD-in baş məsləhətçisi Tamara Serbiladze APA-ya açıqlamasında bildirib ki, əsasən bu xəstəliklər 14-49 yaş arasında olan qadınlarda meydana gəlir. “Bu ilin iyul ayına qədər həyata keçirdiyimiz SURVİVE layihəsi çərçivəsində araşdırma zamanı məlum olub ki, qeyd olunan yaşlarda əsasən süd vəzisi xəstəliyi daha çoxdur. Bunu isə əvvəlcədən bilib, müalicəsini skrininq proqramı ilə həyata keçirmək və lazım olan nəticəni almaq olar.”

Tədbirdə iştirak edən Milli skrininq mərkəzinin direktoru Rem Kviçirava APA-ya bildirib ki, Gürcüstanda hər il 7 minə qədər xərçəng xəstəliyinə tutulan var. Bu rəqəmdən minə qədəri süd vəzisi xərçənginə tutulanlardır. Bu xəstəliklə və yumurtalıqlarda aşkar olunan xərçəng diaqnozlu xəstələr əsasən ölümə düçar olurlar. Biz bu proqramla vəziyyəti dəyişdirmək istəyirik. Gördüyümüz işlər nəticəsində bu xəstəliyə düçar olan 33%-lik xəstələr 28%-ə endirilib. Süd vəzisi xəstəliyi azalıb. Bu proqram əsasən Kaxetidə, İmeretidə, Acarıstanda və Kvemo-Kartlidə - azərbaycanlılar yaşayan bölgələrdə həyata keçirilir. Fürsətdən istifadə edib mən informasiya verirəm ki, belə xəstəliyi olan insanlar qoy bizə müraciət etsinlər. Biz onların xəstəliyini müalicə etmək üçün sponsor tapa bilərik.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR