Tbilisidə 6 avtobus yanıb

Tbilisidə 6 avtobus yanıb
# 20 avqust 2010 01:26 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Tbilisinin birinci avtobus parkında 6 avtobus yanıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə Tbilisi şəhər fövqəladə hallar xidmətinin rəhbəri Temur Giorqadze bildirib. Onun sözlərinə görə, avtobuslara yanğın parkın yaxınlığındakı zibillikdən düşüb. “Alov zibillikdə olan avtomobil təkərlərinin güclü yanması nəticəsində parkda metalloloma verilən köhnə avtobuslara düşüb və nəticədə 6 avtobus yanıb. Hadisə yerində 8 yanğınsöndürən maşın işləyib. Yanğınsöndürənlərin dediyinə görə, alovun parkdakı mazut anbarlarına çatası təhlükəsi yaranmışdı, lakin onlar təhlükənin qarşısını tez alıblar.”
Faktla bağlı cinayət işi qaldırılıb. İstintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR