Bank Of Baku

Mamuka Areşidze: “Regionda Rusiya hərbi qüvvəsinin gücləndirilməsi faktiki olaraq Gürcüstanın üzərində Damokl qılıncıdır”

Mamuka Areşidze: “Regionda Rusiya hərbi qüvvəsinin gücləndirilməsi faktiki olaraq Gürcüstanın üzərində Damokl qılıncıdır”
# 20 avqust 2010 03:05 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gümrüdəki hərbi bazanın Ermənistanda qalma vaxtının uzadılması-bu Azərbaycana və Gürcüstana xəbərdarlıqdır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Qafqaz üzrə ekspert Mamuka Areşidze jurnalistlərə bildirib.Rusiyanın prezidenti D. Medvedyev Rusiya-Ermənistan arasında Gümrüdəki hərbi bazanın vaxtının uzadılması və bu sənəddə dəyişikliklər edilməsi barədə məlumat bildirib. Dəyişikliklər 1995-ci ildən fəaliyyətdə olan müqavilənin vaxtının 25 ildən 49 ilə qədər uzadılması barədədir. Belə demarş Rusiya tərəfindən həm Azərbaycana, həm də Gürcüstana xəbərdarlıqdır. Regionda Rusiya hərbi qüvvəsinin gücləndirilməsi faktiki olaraq Gürcüstanın üzərində Damokl qılıncıdır. O hər an istifadə oluna bilər,- Areşidze qeyd edib.
Gürcü eksperti bildirib ki, Rusiya öz təcavüzünü yenidən təkrar etsə, Ermənistan tərəfdən hücum qaçılmazdır. O, bildirib ki, Rusiya öz hərbi idarəetmə strukturunu Cənubi Qafqaz tərəfə yönəldib. “2008-ci ilin avqust müharibəsində idarəetmə bir olmamışdı. Lakin indi vəziyyət dəyişir və təhlükə görünür. Areşidze qeyd edib ki, əgər təcavüz başlanarsa, Rusiya Ermənistan ərazisindən istifadə edəcək və Ermənistan buna icazə verməkdən boyun qaçıra bilməyəcək.”
Gümrü hərbi bazası Ermənistanın şimalında yerləşib. Burada 1995-ci ildən 102-ci Rusiya hərbi bazası yaradılıb. Burda rus hərbiçiləri Birləşmiş MDB Hərbi Hava Qüvvələri çərçivəsində hərbi növbə çəkirlər. Baza Rusiya Şimali Qafqaz Hərbi Dairəsinin Zaqafqaziyada Rusiya qoşunlar Qrupuna tabedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR