Bank Of Baku

Dağıstanda dörd yaraqlı öldürülüb

Dağıstanda dörd yaraqlı öldürülüb
# 20 avqust 2010 06:55 (UTC +04:00)
APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, yaraqlılar silahlı müqavimət göstərsələr də, məhv ediliblər.

Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva vaxtı ilə saat 23.00-da (Bakı vaxtı ilə 00.00) iki avtomobili yoxlamaq məqsədilə saxlamaq istəyiblər. Bu vaxt avtomobillərdən onlara atəş açılıb. Cavab atəşi ilə maşınlardakı 4 yaraqlı öldürülüb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

İnsidentin təfərrüatları aydınlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR