Bank Of Baku

Gürcüstana keçmək istəyən Ermənistan vətəndaşı tutulub

Gürcüstana keçmək istəyən Ermənistan vətəndaşı tutulub
# 20 avqust 2010 11:54 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın sərhədçiləri Ermənistan vətəndaşını Qırmızı Körpü ərazisində, sərhədi qanunsuz keçmək istəyərkən saxlayıblar. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Sərhəd Polisindən məlumat verilib. Məlumata görə, Ermənistan vətəndaşının üzərində onun şəxsiyyətini təsdiq edən sənədlər olmayıb. Sərhədi keçən şəxs adının Artur Qriqoryan olduğunu, Ermənistanda yaşadığını deyib.
Tutulan şəxs əlavə araşdırmalar aparılmaq üçün Ermənistan Sərhəd Xidmətinə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR