Bank Of Baku

Qroznıda yaraqlılara qarşı keçirilən əməliyyatda milis itki verib

Qroznıda yaraqlılara qarşı keçirilən əməliyyatda milis itki verib
# 21 avqust 2010 16:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Çeçenistanın paytaxtı Qroznıda Həmzət Şamilovun başçılıq etdiyi terror qruplarından birinə qarşı keçirilən xüsusi əməliyyat zamanı 1 milis əməkdaşı ölüb, 5 nəfər isə yaralanıb.

APA-nın «RİA-Novosti»yə istinadən verdiyi məlumata görə, Çeçenistan Daxili İşlər Nazirliyindən bildirilib ki, əməliyyat Qroznı şəhərinin Staropromıslovsk rayonunda keçirilib. Ölən və yaralanan milis əməkdaşlarının adları açıqlanmır.

Qeyd edək ki, bir müddət əvvəl isə Çeçenistanın daxili işlər naziri Ruslan Alxanov Həmzət Şamilovun xüsusi əməliyyatların birində öldürüldüyünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR