Bank Of Baku

Dövlət çevrilişində ittiham olunan 30-dan artıq dustaq Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin təcridxanasından qaçıb

Dövlət çevrilişində ittiham olunan 30-dan artıq dustaq Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin təcridxanasından qaçıb
# 23 avqust 2010 08:38 (UTC +04:00)
APA-nın məlumatına görə, qaçan məhbusların hamısı dövlət çevrilişində və qanunsuz silahlı birləşmələrdə iştiraka görə məhkum olunmuş şəxslərdir. Gecə saatlarında məhbuslardan biri mühafizəçiyə hücum edərək onun silahını və kameraların açarlarını alıb və yoldaşlarını azadlığa buraxıb. Məhbuslar altı mühafizəçini öldürərək təcridxanadan qaçmağa müvəffəq olublar. Onların Rəşt vadisi istiqamətində qaçdığı güman olunur. Hazırda qaçan dustaqların tutulması üçün xüsusi əməliyyat keçirilir, ölkənin bütün yollarından, aeroport və dəmiryolu stansiyalarında yoxlamalar aparılır. Qaçan şəxslər arasında Əfqanıstan və Rusiya vətəndaşları da var. Təcridxanalardan qaçan dustaqlardan biri sabiq səhra komandiri, ölkənin sabiq fövqəladə hallar naziri Mirzo Zieyevin oğulları və səhra komandiri Nemət Əzizovun qardaşları da var.

Məhkəmə təcridxanada saxlanan bu şəxslərə ötən həftə hökm oxuyub. Dövlət çevrilişinə cəhd və qanunsuz silahlı birləşmələrdə iştirak ittihamı üzrə məhkəmə istintaqına ümumilikdə 40-dan artıq şəxs cəlb olunub. Onlardan ikisi ömürlük həbs cəzasına məhkum edilib, digərləri isə 10-30 il arasında həbs cəzası alıblar.

Xatırladaq ki, ötən ilin yayında Tacikistanın Tavildarinsk rayonunda 90-cı illərin əvvəllərində baş verən vətəndaş müharibəsinin sabiq iştirakçıları ilə güc strukturları arasında silahlı toqquşma baş verib. Silahlıların zərərsizləşdirilməsi əməliyyatı 2009-cu ilin avqustunda başa çatıb. Silahlıların liderlərindən Nemət Əzizov və sabiq fövqəladə hallar naziri Mirzo Zieyev atışmada öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR