Bank Of Baku

Dağıstanda məscid atəşə tutulub

Dağıstanda məscid atəşə tutulub
# 24 avqust 2010 04:19 (UTC +04:00)
Bakı-APA. Naməlum şəxslər Dağıstanın Xutsiyevka qəsəbəsində məscidə hücum ediblər. Bu barədə respublikanın Kizlyar rayon daxili işlər şöbəsindən məlumat veriblər.

Mənbənin məlumatına görə, gecə saatlarında naməlum maskalı şəxslər maşınla məscidə yaxınlaşaraq ona avtomatlardan atəş açıblar.

«Heç kəs yaralanmayıb, lakin binaya zərər dəyib», deyə mənbə bildirib.

Mənbə həmçinin rayonun Yasnaya polyana qəsəbəsində də naməlum şəxslərin yerli fermeri güllələdiklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR