Bank Of Baku

Ukraynanın keçmiş müdafiə naziri həbs edilib

Ukraynanın keçmiş müdafiə naziri həbs edilib
# 24 avqust 2010 15:12 (UTC +04:00)
Bakı – APA. 2009-cu il iyunun 5-dən 2010-cu il martın 11-nə qədər Yuliya Timoşenko hökumətində Ukrayna müdafiə naziri səlahiyyətlərinin icraçısı olmuş Valeri İvaşşenko həbs edilib. APA-nı “Zerkalo nedeli” qəzetinə istinadən verdiyi məlumata görə, sabiq nazir Feodosiya Gəmi-Mexanika Zavodunun qanunsuz özəlləşdirilməsində iştirakda günahlandırılır. V. İvaşşenkonun səyləri ilə zavodla birlikdə onun strateji obyektləri – limanlarının da şəxsi əllərə keçdiyi bildirilir. Hərbi Prokurorluqdan deyiblər ki, müəssisə “Yuliya Timoşenko” blokunun deputatı, iş adamı Andrey Sançenkonun əlinə keçib. A. Sançenko Müdafiə Nazirliyində zavodun özəlləşdirilməsi ilə bağlı keçirilən iclaslarda şəxsən iştirak edib.

Təhqiqat yekunlaşdıqdan sonra qanunsuz özəlləşdirilmiş dövlət əmlakı dövlətə qaytarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR