Bank Of Baku

Rusiya ərazisindəki yaraqlıları Cənubi Osetiyadan silah-sursatla təchiz edən dəstə yaxalanıb

Rusiya ərazisindəki yaraqlıları Cənubi Osetiyadan silah-sursatla təchiz edən dəstə yaxalanıb
# 26 avqust 2010 16:29 (UTC +04:00)
Bakı – APA. Cənubi Osetiyadan Rusiya ərazisinə - Şimali Osetiyaya qeyri-qanuni yolla külli miqdarda silah və hərbi sursat gətirməkdə şübhəli bilinən bir neçə nəfər həbs olunub. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Şimali Osetiyanın güc strukturlarından bildirilib ki, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Şimali Osetiya üzrə İdarəsi əməkdaşlarının respublika Daxili İşlər Nazirliyi ilə birgə Şimali Osetiya ərazisində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində silah qaçaqmalçılığında, həmçinin gizli yaraqlı dəstələri silah-sursatla təchiz etməkdə günahlandırılan 6 nəfər tutulub.

Həbs olunanlardan 2 “Kalaşnikov” pulemyotu, 12 “AK-74” avtomatı, iki “PSM” tapançası müsadirə olunub. Bundan başqa, onların yaşadıqları yerdə aparılan axtarış zamanı 1 kq 180 q yüksək gücə malik partlayıcı, 160 q trotil və atıcı silahlar üçün 4 mindən çox müxtəlif çaplı döyüş sursatı aşkarlanıb.

Məlumatlara görə, silah-sursatlar Gürcüstanın 2008-ci ilin avqustunda hücumu zamanı Cənubi Osetiyanın “Müdafiə Nazirliyi”nin anbarlarından oğurlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR