Bank Of Baku

Saqarecoda soydaşımız rüşvətalma faktı ilə saxlanılıb

Saqarecoda soydaşımız rüşvətalma faktı ilə saxlanılıb
# 27 avqust 2010 03:34 (UTC +04:00)
Saqareco. Nizami Məmmədzadə-APA. Gürcüstan Konstitusiya Təhlükəsizliyi departamenti əməkdaşlarının həyata keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində Kaxeti bölgəsində Saqareco rayon icra hakimiyyətinin Tüllər kənd icra nümayəndəsi Ayvaz Nəsibov rüşvətalma faktı ilə saxlanılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, o, vətəndaşdan sənəd verməyə görə, sistematik olaraq 600 lari rüşvət alıb.
Faktla bağlı cinayət işi qaldırılıb. Cinayət təsdiq olunarsa, onu 9 ilə qədər azadlıqdan məhrumetmə gözləyir. İstintaqı konstitusiya təhlükəsizliyi departamenti aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR