Bank Of Baku

Gürcüstanda intihar hadisələri üç dəfə artıb

Gürcüstanda intihar hadisələri üç dəfə artıb
# 27 avqust 2010 04:29 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstanda intiharın sayı üç dəfə artıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Tbilisidə çıxan “Rezonansi” qəzeti məlumat verib. Qəzetin məlumatına görə, 2008-ci ildə 67 nəfər, 2009-cu ildə isə 183 nəfər intihar edib. Bu faktla bağlı 149 kişi və 39 nəfər qadın aşkarlanıb. İntihar hadisələrini törədənlər əsasən yaşı 20-dən çox olanlardır.
Qəzetin qeyd etdiyinə görə, 2010-cu ildə intihar hadisəsi artıb. Təkcə Mtkvari (Kür) çayına özünü atıb, ölümə can atanların sayı 35 nəfər olub.
APA-nın məlumatına görə, psixoloqlar intihar hadisələrini cəmiyyətin yaxşı vəziyyətdə olmaması və burada olan çoxlu problemlərlə əlaqələndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR