Bank Of Baku

Putin: Rusiya hələ böhrandan çıxmayıb

Putin: Rusiya hələ böhrandan çıxmayıb
# 27 avqust 2010 21:48 (UTC +04:00)
Bakı-APA. Rusiya da başqa ölkələr kimi hələ maliyyə-iqtisadi böhrandan çıxmayıb və antiböhran proqramlarını həyata keçirməyə davam edəcək. Rusiya baş naziri Vladimir Putin belə bir bəyanatla çıxış edib.

«Bütün dünya iqtisadiyyatı kimi Rusiya iqtisadiyyatı da tədricən böhrandan çıxır. Lakin bizim çıxışımız da sürətli olmayacaq, ona görə də böhrandan çıxıb-çıxmadığımız barədə sualına dəqiq cavab vermək çox vacibdir», deyə Putin bildirib.

Putinin sözlərinə görə, müəyyən özündə praktiki nəticələr ehtiva etdiyinə görə, bu sualın cavabı prinsipial xarakter daşıyır.

«Əgər biz böhrandan çıxdığımızı hesab ediriksə, onda müxtəlif antiböhran proqramlarının həyata keçirilməsini dayandırmaq lazımdır. Əgər bazarın hələ özünə gəlmədiyini hesab ediriksə, onda bu proqramları davam etdirməliyik. Fikrimizcə, bu proqramlar davam etdirilməlidir», deyə baş nazir qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR