Bank Of Baku

Kvemo-Kartli qubernatoru David Kirkitadze Ramazan bayramı münasibətilə Marneulinin İmam Əli məscidində iftar məclisi təşkil edib

Kvemo-Kartli qubernatoru David Kirkitadze Ramazan bayramı münasibətilə Marneulinin İmam Əli məscidində iftar məclisi təşkil edib
# 27 avqust 2010 22:39 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Avqustun 27-də Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze Ramazan bayramı münasibəti ilə Marneulinin İmam Əli məscidində iftar məclisi təşkil edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, məclisə oruc tutan müsəlmanlar, rayon və bölgə quberniyasının fəalları dəvət olunub. Bölgə qubernatoru Ramazan bayramı münasibəti ilə bütün müsəlmanları təbrik edib, onların dininə, dilinə hörmət bəslədiyini və hər il belə tədbirlər keçiriləcəyini qeyd edib. Qubernator David Kirkitadze APA-ya açıqlamasında Kvemo-Kartli bölgəsində kompakt yaşayan azərbaycanlıların adət-ənənəsinə yaxşı bələd olduğunu bildirib. “Biz bu bölgədə keçirilən hər bir adət və ənənədə yaxından iştirak edirik. Bu il Novruz bayramını möhtəşəm şəkildə həyata keçirdik. Ölkə prezidenti Mixail Saakaşvili də bu bayramın qonağı oldu və Novruz bayramını ümumxalq bayramı elan etdi və bu barədə fərman imzaladı. Bu gün Ramazan bayramı da Gürcüstanda müsəlmanlar üçün ən gözəl bayramlardan biridir. Biz iftar süfrəsini təkcə Marneulidə deyil, eyni zamanda Dmanisidə, Qardabanidə və Bolnisidə təşkil edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR