Bank Of Baku

Avropa Liberal demokratlar və islahatçılar partiyası Ermənistan hökumətini dərhal bütün siyasi məhbusları azad etməyə çağırıb

Avropa Liberal demokratlar və islahatçılar partiyası Ermənistan hökumətini dərhal bütün siyasi məhbusları azad etməyə çağırıb
# 28 avqust 2010 03:37 (UTC +04:00)
Bakı-APA. Avropa Liberal demokratlar və islahatçılar partiyası Ermənistan hökumətini dərhal bütün siyasi məhbusları azad etməyə çağırıb.

Partiyanın sədri Ennemi Neyts-Yutterbrokun bəyanatında bildirilir: «Avropa Şurasının üzvü olan Ermənistan dərhal bütün siyasi məhbusları azad etməlidir, çünki söz azadlığı və əqidə azadlığı Avropa Şurasının əsas dəyərləridir. İnsanların siyasi motivlərlə həbsxanalarda saxlanması və ədalətli məhkəmə istintaqı hüququndun məhrum edilməsi Avropa Şurasının üzvü olan ölkələrin əsas öhdəlikləri ilə ziddiyyət təşkil edir və şübhəsiz Ermənistan və Avropa Birliyinin yaxınlaşması prosesinə maneçilik törədə bilər».

2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra baş vermiş hadisələrlə bağlı istintaqa cəlb edilmiş müxalifətçilərdən 14 nəfəri hələ də həbsxanadadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR