Bank Of Baku

Gürcüstanda mədəndə partlayış olub, 3 nəfər ölüb, 7 nəfər yaralanıb

Gürcüstanda mədəndə partlayış olub, 3 nəfər ölüb, 7 nəfər yaralanıb
# 28 avqust 2010 10:32 (UTC +04:00)
Partlayış baş verərkən mədəndə 11 nəfər olub. Yaralılardan 5-i sınıq və yanıq xəsarətləri ilə ağır vəziyyətdə Tiflis Yanıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Quduşauri adına Tiflis Klinikasına yerləşdirilmiş iki şaxtaçının da vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerinə daxili işlər naziri Vano Merabişvili və regionun qubernatoru Laşa Makatsariya gəlib. Nazir hadisənin dəqiqliklə araşdırılacağına, ölən və yaralanan şaxtaçıların ailələrinə yardım göstəriləcəyinə söz verib.

İlkin məlumata görə, mədəndə metan qazı partlayıb.

Qeyd edək ki, bu, 2010-cu ildə Tkibulidə baş vermiş ikinci mədən partlayışıdır. Martın 3-də baş vermiş parlayış zamanı 4 şaxtaçı həlak olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR