Bank Of Baku

Moskvada 25 yaşlı erməni qız dörd nəfəri bıçaqlayıb

Moskvada 25 yaşlı erməni qız dörd nəfəri bıçaqlayıb
# 31 avqust 2010 11:20 (UTC +04:00)
Moskva-APA. Moskva milisi məişət zəminində dörd nəfəri bıçaqlayan 25 yaşlı erməni qızı axtarır. APA-nın məlumatına görə, hadisə Moskvanın şimalında zinət əşyaları üstündə baş verib. Mənzillərdən birində ailə münaqişəsi baş verib, səs-küydən narahat olan qonşular milisə xəbər veriblər. Hadisə yerinə gələn milis əməkdaşları dörd nəfərin bıçaqlandığının şahidi olublar. Yaralılardan vəziyyəti daha ağır olan 13 yaşlı oğlan xəstəxanaya çatdırılıb. Araşdırma zamanı məlum olub ki, yaralanan şəxslər Ermənistan vətəndaşlarıdır, onları 25 yaşlı erməni qız bıçaqlayaraq aradan çıxıb. İlkin ehtimallara görə, münaqişəyə səbəb zərgərlik məmulatları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR