Bank Of Baku

Gələn il Gürcüstanda kənd təsərrüfatı ili elan olunacaq

Gələn il Gürcüstanda kənd təsərrüfatı ili elan olunacaq
# 01 sentyabr 2010 01:41 (UTC +04:00)
Rustavi. Nizami Məmmədzadə-APA. Gələn il Gürcüstanda kənd təsərrüfatı ili elan olunacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze bildirib. Onun sözlərinə görə, Gürcüstanda hələ də köhnədən qalma taxıl toxumu mövcuddur. “Torpağı becərən və əkin-səpinlə məşğul olan zəhmətkeş insanlar hələ də bu keyfiyyətsiz və məhsul verməyən toxum məhsulundan istifadə edir. Bütün bu problemləri öyrənən və analiz edən Gürcüstan kənd təsərrüfatı nazirliyi belə qərara gəlib ki, taxıl səpini üçün əhaliyə əvəzini məhsul biçinindən sonra ödəməklə toxum versin. Mütəxəssislərin fikrincə bu toxum hər hektara 3-4 ton yüksək kleykovinalı (yapışqanlı) məhsul verməlidir. Şübhəsiz ki, torpağın becərilməsi Kvemo-Kartli bölgəsində yüksək keyfiyyətlə aparılmır. İndi biz məhsulu vaxtında suvarmaq üçün suvarma kanallarında təmizləmə işlərini sürətləndiririk. Bu, fikrimcə məhsul bolluğuna səbəb olacaq. Belə olan şəraitdə çörək və un qıtlığı və bu vacib strateji məhsulun bahalaşması əhalinin sosial həyat şəraitinə təsir etməyəcək.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR