Bank Of Baku

Seyran Ohanyan: “İmzalanan protokol Rusiya-Ermənistan hərbi-siyasi əməkdaşlığını möhkəmləndirib”

Seyran Ohanyan: “İmzalanan protokol Rusiya-Ermənistan hərbi-siyasi əməkdaşlığını möhkəmləndirib”
# 01 sentyabr 2010 10:13 (UTC +04:00)
İrəvan-APA. “Rusiyanın Gümrüdəki hərbi bazasının dislokasiya müddətinin uzadılmasına dair protokolun imzalanması Ermənistanın maraqlarına cavab verir”. APA-nın məlumatına görə, bu fikirləri Ermənistanın müdafiə naziri Seyran Ohanyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu sənəd bir sıra hərbi faktorlarla yanaşı, Rusiya-Ermənistan siyasi əməkdaşlığını möhkəmləndirib: “Bu, gələcəkdə təhdidlərə qarşı müqavimət göstərmək imkanları yaradır. Hazırkı mərhələdə Gümrüdəki bazada struktur və funksional dəyişikliklər aparılır. İslahatlar başa çatdıqdan sonra biz protokolda nəzərdə tutulan vəzifələri birlikdə həyata keçirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR