Bank Of Baku

Kvemo-Kartli bölgəsində yeni polis məntəqələrinin açılışı olub - FOTOSESSİYA

Kvemo-Kartli bölgəsində yeni polis məntəqələrinin açılışı olub - <font color=red>FOTOSESSİYA</font>
# 01 sentyabr 2010 15:02 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanda müasir standartlara uyğun inşa edilmiş bir neçə polis məntəqəsinin açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Şulaveri, Qaçağan və Kəpənəkçi kəndlərində polis məntəqələrinin açılışında Gürcüstanın daxili işlər naziri Vano Merabişvili, Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, Marneuli rayon icra hakimiyyətinin başçısı Zaza Dekonoidze, digər rəsmi şəxslər, azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri, kənd ziyalıları iştirak ediblər. Tədbirlər əvvəlcə Tetri-Skaro rayonunun Koda kəndindən başlayıb. Sonra Marneuli rayonu ərazisində 10 millətin nümayəndələrinin yaşadığı və 5 min əhalisi olan Şulaveri kəndində, daha sonra azərbaycanlıların yaşadığı, təxminən 7 min əhalisi olan Qaçağan kəndində və eyni zamanda Kəpənəkçi kənd icra nümayəndəliyinin ərazisində yerləşən yeni və müasir standartlara uyğun polis məntəqələri istifadəyə verilib.

Qaçağan kəndində polis məntəqəsinin açılışı yüksək səviyyədə təşkil edilib. Gürcüstanın daxili işlər naziri Vano Merabişvili və Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze və digər rəsmi şəxslər polis məntəqəsinə baxış keçiriblər. Vano Merabişvili məntəqənin tikilişindən razı qaldığını bildirib. Daxili işlər naziri APA-nın yerli bürosuna açıqlamasında bildirib ki, yeni istifadəyə verilən polis məntəqələri yüksək standartlara cavab verir: “Burada polis işçilərinin çalışması üçün hər cür şərait yaradılıb. Qaçağan kəndində 7 nəfər və Şulaveridə 8 nəfər və digər məntəqələrdə xidmətdə olan polis əməkdaşı asayişin keşiyində duracaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR