Bank Of Baku

Mixail Qorbaçov və Kondoliza Rays Batumidə mühazirə oxuyacaqlar

Mixail Qorbaçov və  Kondoliza Rays Batumidə mühazirə oxuyacaqlar
# 01 sentyabr 2010 22:37 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan mətbuatının yazdığına görə, sentyabrın 7-də keçmiş postsovet məkanındakı ölkələrdə keçirilən tur çərçivəsində SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov, ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays və ABŞ-ın müdafiə məsələləri üzrə keçmiş katibi Uilyam Perri Batumiyə gələcəklər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, onlar Batumidə mühazirə oxuyandan sonra hökumət və biznes dairələrinin nümayəndələri ilə görüşəcəklər. Sonra Qorbaçov, Rays və Perri Batumidən Bakıya yola düşəcək.

Xatırladaq ki, post sovet məkanı ölkələrdə keçirilən tur avqustun 30-da Moskvada başlayıb və sentyabrın 15-də Batumidə sona çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR