Bank Of Baku

ATƏT sammitində iştirakçıların təhlükəsizliyini təmin edəcək işçi qrupun iclası keçirilib

ATƏT sammitində iştirakçıların təhlükəsizliyini təmin edəcək işçi qrupun iclası keçirilib
# 02 sentyabr 2010 10:00 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Dekabrın 1-2-də ATƏT-in Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək sammitində 5 mindən artıq qonağın iştirakı gözlənilir. APA-nın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev sammit iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün yaradılmış işçi qrupun toplantısında deyib.

K. Saudabayev bildirib ki, 5 mindən çox insanın, o cümlədən ATƏT-ə üzv 56 və 12 tərəfdaş ölkənin dövlət başçısının iştirak edəcəyi belə yüksək səviyyəli tədbir yalnız Qazaxıstanda yox, bütün postsovet məkanında ilk dəfədir keçirilir: “Bu, böyük şərəf və məsuliyyətdir. Paytaxtda qonaqların təhlükəsizliyinin və qayda-qanunun təmin olunması bu tarixi zirvə görüşünün uğurla keçirilməsinin vacib faktorudur”.

İşçi qrupun toplantısının yekununda müvafiq dövlət qurumlarına konkret tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR