Bank Of Baku

Qazaxıstan parlamenti “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişi”ni ratifikasiya edib

Qazaxıstan parlamenti “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişi”ni ratifikasiya edib
# 02 sentyabr 2010 10:05 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Qazaxıstan parlamentinin aşağı palatası - Məclis “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişi”ni ratifikasiya edib. APA-nın məlumatına görə, saziş ötən ilin oktyabrında Naxçıvanda türkdilli ölkələrin dövlət başçılarının sammitində qəbul olunub. Sənəddə qərarların qəbulunun monitorinqinin aparılması üçün İstanbulda daimi katibliyin yaradılması nəzərdə tutulur. Katibliyin fəaliyyəti xüsusi formalaşan büdcə hesabına maliyyələşdiriləcək. Saziş üç iştirakçı dövlət tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək. Buna qədər Azərbaycan və Türkiyə parlamentləri qeyd olunan sənədi ratifikasiya edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR