Bank Of Baku

İnquşetiya prezidenti azərbaycanlı iş adamları ilə Maqasda dini mərkəzin tikintisinə yardım məsələsini müzakirə edəcək

İnquşetiya prezidenti azərbaycanlı iş adamları ilə Maqasda dini mərkəzin tikintisinə yardım məsələsini müzakirə edəcək
# 02 sentyabr 2010 10:14 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Azərbaycanlı iş adamları ilə Maqasda dini mərkəzin inşasına yardım məsələsini müzakirə edəcəyəm”. APA-nın məlumatına görə, bu fikirləri İnquşetiyanın prezidenti Yunusbek Yevkurov Maqasda keçirdiyi mətbuat konfransında söyləyib. Rusiya prezidenti Dmitrii Medvedyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində bu gün Bakıya gələcək Yevkurov bildirib ki, Azərbaycanla İnquşetiyanın iri şirkətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında müqavilə imzalana bilər. İnquşetiya prezidenti həmçinin Bakıda inquş diasporunun nümayəndələri ilə görüşməyi də planlaşdırır.
Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri bu gün başlayır. Prezidenti səfərdə müşayiət edəcək nümayəndə heyətinin tərkibinə İnquşetiya və Dağıstan prezidentləri, həmçinin bir sıra regionların rəhbərləri də daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR